REGİONLAR


Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazaya malikdir VİDEO

Qəbələ, 23 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində 26 İyun - Silahlı Qüvvələr Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışan Mehman İsmayılov deyib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Ordusu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir.

Mehman İsmayılov Mülkü Müdafiə Qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan da geniş bəhs edib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv edə biləcək güclü maddi-texniki bazaya malikdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılır.

Respublika Ağsaqqallar Şurasının sədri qeyd edib ki, regionda ən güclü və yüksək hərbi hazırlıqlı olan peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə və işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bildirilib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə güclənməsi ilə nəticələnib.

Fəttah Heydərov respublikamızda ordu quruculuğu sahəsində görülən işləri, eləcə də FHN-in Mülki Müdafiə Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərimizə səmimi arzularını çatdırıb.

Mərasimdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanının müavini-qərargah rəisi, polkovnik Etibar İsmayılov hərbçiləri və əsgərləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram münasibətilə xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.