SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.