SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 17-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbçilərimiz oktyabrın 20-dək İtaliyanın Brindizi şəhərində amfibiya qüvvələri üzrə ekspert görüşünə, ayın 21-dək isə Latina şəhərində maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursa qatılıblar. Bundan başqa, oktyabrın 21-dək Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşündə və oktyabrın 23-dək Slovakiyanın Zemyanske Kostolani şəhərində davam edəcək “İlkin kütləvi qırğın silahları ilə mübarizə” kursunda da hərbi qulluqçularımız iştirak edirlər.

Silahlı Qüvvələrimizin təmsilçiləri, həmçinin oktyabrın 27-dək Litvanın Kaunas şəhərində qərargah tibb zabitləri üçün təməl kursuna və oktyabrın 28-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursuna qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.