İDMAN


Azərbaycan-Şimali İrlandiya: 0:1 YENİLƏNİB

Bakı, 10 iyun, AZƏRTAC

İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə Şimali İrlandiya millisi istəyinə nail olub. Stüart Dallas oyunda yeganə qolun müəllifi olub.

Beləliklə, Şimali İrlandiya millisi Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəlib.

20:50

Görüşün ilk hissəsində hesab açılmayıb.

Azərbaycan millisi iki dəfə hesabı açmağa yaxın olsa da, bundan yararlana bilməyib. Belə ki, matçın 16-cı dəqiqəsində Dmitri Nazarovun vurduğu zərbə qapının üstündən keçib. Yeddi dəqiqə sonra Ramil Şeydayov real qol imkanından yararlana bilməyib.

20:00

Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan -Şimali İrlandiya oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edir. Ona həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edirlər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirir.

Millimizin yer aldığı "C" qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Şimali İrlandiya 10 xalla ikinci, Çexiya 8 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

19:50

Bir neçə dəqiqə sonra futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Şimali İrlandiya milli komandaları üz-üzə gələcəklər.

AZƏRTAC xəbər verir ki, yığmaların oyun üçün start heyətləri açıqlanıb.

Azərbaycan millisinin start heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Pavle Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Ramil Şeydayev, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Riçard Almeyda və Əfran İsmayılov çıxacaqlar.

Şimali İrlandiya yığmasının ilk on birliyində isə Mixael Makqoven, Konor Maklofin, Qaret Makoli, Conni Evans, Stiven Devis, Liam Boys, Kris Brunt, Stüart Dallas, Oliver Norvud, Aaron Hyuz və Coş Makkeniş yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.