İDMAN


Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti beynəlxalq qurumun icraiyyə komitəsinin üzvü seçilib

Bakı, 24 iyun, AZƏRTAC

Koreya Respublikasının Muju şəhərində Dünya Taekvando Federasiyasının növbəti Baş Assambleyası keçirilib. Toplantında Azərbaycanı ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev təmsil ediblər.

Azərbaycan Taekvando Federasiyasından (ATF) AZƏRTAC-a bildirilib ki, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdakı yarışlara ev sahibliyi məsələləri müzakirə olunub.

Tədbirdə qurumun komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-in prezidenti seçilib. Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvando birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alıblar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

ATF-in vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən Avropa Taekvando Birliyinin icraiyyə komitəsinə üzv seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.