CƏMİYYƏT
Azərbaycan Tbilisidə keçiriləcək xeyriyyə yarmarkasında təmsil olunacaq
Tbilisi, 28 noyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi noyabrın 29-da Beynəlxalq Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Tbilisi şəhərində keçiriləcək “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında ölkəmizi təmsil edəcək.
Tbilisidə fəaliyyət göstərən 23 ölkənin diplomatik nümayəndəliklərinin də qatılacağı bu yarmarkada milli suvenirlər, ərzaq məhsulları və xörəklərimiz nümayiş olunaraq satışa çıxarılacaq. Satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə ediləcək. Tədbir hər il olduğu kimi, bu il də xeyriyyə məqsədi ilə yanaşı, müxtəlif ölkələrin mədəniyyəti, tarixi və mətbəxi ilə yaxından tanışlığa imkan yaradacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]