Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərbaycan Tərcümə Ensiklopediyası” mühüm mədəni hadisədir

“Azərbaycan Tərcümə Ensiklopediyası” mühüm mədəni hadisədir

Bakı, 28 noyabr, AZƏRTAC

Böyük zəhmət tələb edən və çox mühüm əhəmiyyəti olan tərcümə işini Azərbaycanda sistemli şəkildə başlayanlardan biri də Bakı Slavyan Universiteti olub. 2003-cü ildə universitetin o vaxtkı rektoru Kamal Abdullayevin təşəbbüsü ilə bu təhsil ocağında “Tərcümə problemləri” elmi-tədqiqat  laboratoriyası açılıb.  Bu laboratoriyada dünya filologiyasının və bədii ədəbiyyatının şedevrlərinin  orijinaldan tərcüməsi  başlanılıb.

 “Tərcümə problemləri” elmi-tədqiqat  laboratoriyasının böyük elmi işçisi, “Azərbaycan Tərcümə Ensiklopediyası”nın məsul katibi Leyla Əliyeva AZƏRTAC-a bildirib ki,  “Filoloqun kitabxanası - 100” adlandırılan dünya filologiyasının tərcümə seriyasında ilk dəfə olaraq M.M.Baxtin (“Dostoyevski poetikası”), N.Xomski (“Dil və təfəkkür”), E.Koseriu (“Ümumi dilçiliyə giriş”), E.Y.Qolosovker (“Mifin məntiqi”), N.A.Kun (“Qədim Yunanıstanın mif və əfsanələri”), Jelü Jelev (“Faşizm”) və s.  görkəmli filoloqların  elmi əsərlərinin dilimizə tərcüməsi həyata keçirilib. “Dünya nəsri”  tərcümə seriyasında Azərbaycan dilinə Yuri Polyakovun ədəbi aləmdə səs salmış “Süddə çəpiş” romanı, həmçinin məşhur yazıçı Boris Yevseyevin bir sıra hekayələri tərcümə olunub.

Akademik  Kamal Abdullayevin laboratoriya kollektivinin qarşısında qoyduğu mühüm vəzifələrdən biri də “Azərbaycan Tərcümə Ensiklopediyası”nın yaradılması idi. Bu gün “Azərbaycan Tərcümə Ensiklopediyası” üzərində iş artıq tamamlanıb, kitab çapa hazırlanır. 

Ensiklopediya quruluşca nəzəri və praktik hissələrdən ibarətdir. Nəzəri hissəyə tərcümənin predmeti və problematikası, fəlsəfi əsasları, tarixi (Azərbaycan dilinə və Azərbaycan dilindən tərcümənin tarixi), kulturoloji aspektləri və tərcüməçilik haqqında materiallar daxildir. Praktik hissəyə isə tərcümənin strategiyası və taktikası məsələləri, ən əsası isə tərcüməçilərin personaliləri və terminoloji lüğət daxildir.

Ensiklopediyada tərcüməçilik fəaliyyətinin mahiyyətinin təhlili, nitq kommunikasiyasının dillər və mədəniyyətlərarası proses kimi anlaşılması və sairə  məsələlər öz əksini tapıb.

Ensiklopediyada XIX əsrin I yarısından başlayaraq Azərbaycan dilinə və Azərbaycancadan başqa dillərə tərcümənin tarixi və həmçinin, təxminən XX əsrin ortalarından etibarən vüsət alan tərcüməçilik ənənələri haqqında bilgilər xüsusi yer tutur. Burada Azərbaycan dilinə və dilimizdən başqa dillərə tərcümə edən şəxslərin - M.F.Axundzadə, A.Bakıxanov, N.Vəzirov, R.Əfəndiyev, M.Mahmudbəyov, A.Şaiq, P.Antokolski, A.Adalis, A.Axundova, A.Mustafazadə və başqalarının fəaliyyəti öz əksini tapıb.

Eyni zamanda, ensiklopediyada tərcümənin strategiyası və taktikası kimi vacib problemə diqqət ayrılıb. Burada ayrı-ayrı sənədlərdə, fərmanlarda, qərarlarda və s. əks olunan, tərcüməçilik fəaliyyətinə və tərcüməyə münasibətdə dövlət strukturlarının mövqeyinə aid dövlət proqramları da yer alıb.  Ensiklopediyada müxtəlif tərcümə problemlərinin həlli, yaxın və uzaq gələcəkdə tərcüməçilik işinin strukturu üzrə müəyyən tövsiyələr də verilib, müstəqil Azərbaycanın dünyada gedən mütərəqqi proseslərə inteqrasiyasında tərcümənin əsas və başlıca amillərdən biri olduğu da göstərilib.

“Azərbaycan Tərcümə Ensiklopediyası” “tərcümə haqqında hər şey” prinsipi ilə tərtib edilib, yəni, o, tərcümə haqqında mövcud olan bütün biliklərin sistemləşdirildiyi nadir elmi-soraq kitabıdır. Ensiklopediyada ayrı-ayrı tərcümə ədəbiyyatları da öz əksini tapıb. Burada Azərbaycan dilinə və dilimizdən tərcümə nümunələri və bədii, elmi,  publisistik ədəbiyyatın tərcüməsi haqqında ətraflı məlumatlar verilib.

Ensiklopediyanın ən vacib, həcminə görə ən böyük və əhəmiyyətli hissəsini tərcüməçilərin personaliləri təşkil edir. Personalilər üzrə ensiklopedik məqalələr müxtəlif mənbələrdən (kitab, jurnal, qəzetlər) toplanılıb.

Hər bir personali haqqında mətnlərə  bu və ya digər tərcüməçinin həyatının əsas məqamlarından qısaca söz açan bioqrafik məlumat daxildir. Həmçinin burada qeyd olunmuş tərcüməçinin fəaliyyətinin əsas mərhələləri və tərcümə etdiyi əsərlərin siyahısı da verilib.

Ensiklopediya tərcüməçiliyin əsas termin və anlayışlarından ibarət  terminoloji lüğətlə bitir.

Xüsusilə qeyd edilməlidir ki, ensiklopediya tərcümə ixtisasını seçən tələbələr, tərcümənin nəzəriyyəsi və praktikası ilə məşğul olan mütəxəssislər və həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Yaxın günlərdə oxuculara təqdim olunacaq Ensiklopediyanın hazırlanmasında Bakı Slavyan Universitetinin əməkdaşları ilə yanaşı, digər elm və təhsil qurumlarının bu sahə ilə, tərcümənin konseptual əsasları ilə məşğul olan mütəxəssisləri də iştirak ediblər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub