ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti Türkiyənin beş ali məktəbi ilə əməkdaşlığa başlayıb
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Texniki Universiteti Türkiyənin beş universiteti ilə “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa başlayıb.
AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər universitetin bir qrup tələbəsi bu il təhsilini Türkiyənin nüfuzlu ali məktəblərində davam etdirəcək.
Türkiyənin ali təhsil qurumları ilə dünyanın digər ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə” Mübadilə Proqramına (Mevlana Değişim Programı) uyğun olaraq AzTU-nun tələbələrinə qardaş ölkədə təhsil almaq imkanı yaradılıb. Eyni zamanda, Türkiyə universitetlərinin tələbə və müəllimləri də bu proqram çərçivəsində ölkəmizdə təhsil almaq və tədris prosesində iştirak etmək hüququ əldə ediblər.
Proqrama qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müqavilələr imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]