CƏMİYYƏT


Azərbaycan Texniki Universiteti ilə Rusiya ali məktəbləri arasında əməkdaşlıq imkanları genişlənir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Rusiya Federasiyası Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və Dağıstan Dövlət Texniki Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov qonaqlara bu ali təhsil ocağı haqqında məlumat verib. Bildirilib ki, AzTU-nun yüksək ixtisaslı mühəndis kadrların hazırlığı sahəsindəki fəaliyyəti və uğurlu beynəlxalq əlaqələr təcrübəsi Rusiya ali məktəbləri ilə təhsil, elmi-tədqiqat və akademik mübadilələr sahəsində geniş əməkdaşlıq imkanı yaradır.

Hər iki universitetin nümayəndələri AzTU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər və gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb.

Toplantıda birgə tədqiqatlar aparılması, qarşılıqlı maraq doğuran layihələrin təklifi, müdafiə sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrların hazırlığının intensivləşdirilməsi, birgə elmi və texniki konfranslar, simpozium, sərgi və seminarların təşkili, müştərək tədris proqramları hazırlamaq və magistr-doktorantların mübadiləsi məsələləri müzakirə edilib.

Professor B.Yakimoviç Azərbaycanda müdafiə sənayesinin sürətlə inkişaf etdiyini deyib və bu sahənin inkişafına Azərbaycan Texniki Universitetinin verdiyi töhfəyə diqqət çəkib.

Toplantıdan sonra qonaqlar AzTU-dakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.