ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin məzunları işə qəbul üçün imtahan veriblər

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da “Schlumberger” neft və qaz şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları üçün işə qəbulla bağlı müsabiqə keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin birinci mərhələsində məzunlar məntiq, riyaziyyat və mexanika istiqamətində test suallarını cavablandırıblar. Müsabiqəyə AzTU-nun elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi və radiotexnika və rabitə ixtisaslarını bitirən 36 məzun qatılıb. İlk mərhələni müvəffəqiyyətlə keçənlər “Schlumberger” şirkətində müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, dünyanın 85 ölkəsində fəaliyyət göstərən “Schlumberger” neft, qaz yataqları üzrə irimiqyaslı şirkətlərdən biridir. Əsasən qazma və hasilat problemlərinin həllində iri kooperativlərlə əməkdaşlıq edən şirkətdə yüksəkixtisaslı gənc mütəxəssislərə böyük ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.