Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Tibb Universiteti müstəqillik illərində

Azərbaycan Tibb Universiteti müstəqillik illərində

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycanın vətənsevər şairi Məhəmməd Hadi öz dövründə ürəkağrısı, bir qədər də azadlığa, müstəqilliyə qovuşmaq eşqi ilə dərin bir nisgillə yazdığı şeirlərinin birində təəssüflə deyirdi: “Yox millətimin xətti bu imzalar içində...” Bütün dövrlərin görkəmli dövlət xadimləri sırasında əbədi yer tutan dünya şöhrətli siyasətçi, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev öz bənzərsiz fenomenliyi, idrakı ilə müstəqil Azərbaycanın memarı olmaqla yanaşı, həm də milyonların fikrini, düşüncəsini ifadə edən şairin həsrətli sözlərini həqiqətə çevirmək üçün gəlmişdi sanki bu dünyaya. Ulu Öndər dahiyanə siyasəti, dərin zəkası, təfəkkür diapazonunun yenilməz gücü, qüvvəsi və bütün varlığı ilə dünyaya sübut etdi ki, Azərbaycan dövləti müstəqil olmağa, Azərbaycan xalqı dünya durduqca bu müstəqilliyin ecazkar qüvvəsinin cazibə dairəsi ətrafında yaşayıb-yaratmağa layiq olan bir xalqdır. Ümummilli Liderin diqqət və qayğısı sayəsində hələ keçən əsrin 70-ci illərindən etibarən Azərbaycan dünya xalqları tərəfindən tanındı, sevildi, inkişaf etdi, şöhrətləndi. Hələ o vaxtlar Ulu Öndər Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbitlənməsi yolundakı böyük çətinlikləri, maneələri dəf etmək bacarığı ilə gələcək dövlət müstəqilliyimizin əsasını, bünövrəsini qoyurdu. Heydər Əliyev siyasətinin ardıcıl davamçısı Prezident İlham Əliyevin: “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” kəlamı Ümummilli Liderin müstəqillik yolunda atdığı möhtəşəm addımlara verilən ən dəyərli qiymətdir. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, son illərdə dünyanın 155 ölkəsinin nümayəndələrinin müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsinə səs vermələri Ulu Öndərin möhkəm bünövrə üzərində yaratdığı dövlət müstəqilliyimizin təntənəsinə çevrilən bariz sübutlardandır. Azərbaycanı dünyaya müstəqil ölkə kimi tanıtdıran Heydər Əliyev təkcə Məhəmməd Hadinin yox, həm də onun və onun kimi ziyalıların, vətənsevər insanların timsalında vətənin azadlığı, dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmlənməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ruhunu sevindirdi. O, 35 ilə yaxın bir müddətdə Azərbaycan üçün göstərdiyi əvəzsiz xidmətləri və möhtəşəm əməlləri ilə, eləcə də Birləşmiş Millətlər Təşkilatının, beynəlxalq təşkilatların mötəbər kürsülərində heyrətamiz nitqləri ilə “Var millətimin xətti bu imzalar içində!” həqiqətini əbədi olaraq həkk elədi.

Hər bir xalq kimi, Azərbaycan xalqının da əzəli və əbədi arzularından biri dövlət müstəqilliyini əldə etmək, onu qoruyub saxlamaq olub. Hamı azadlığa can atır. Biz SSRİ-nin tərkibində olanda tez-tez eşidirdik ki, hansısa Afrika ölkəsi, ya ərəb ölkəsi İngiltərənin, Fransanın, ABŞ-ın müstəmləkəçiliyindən azad oldu, dövlət müstəqilliyi əldə etdi. Bunu o zamanlar sovet ideoloqları geniş şərh edirdilər. Lakin Azərbaycan da daxil olmaqla 15 respublikanın, üstəlik də azadlığa can atan Bolqarıstan, Macarıstan, Polşa və s. kimi bir sıra sosialist ölkələrinin SSRİ-nin özünün müstəmləkəsi altında olmasından bir kəlmə də danışılmırdı. Şəxsən mən keçən əsrin 70-ci illərinin əvvəllərində hər dəfə Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) elmi ezamiyyətlərdə olanda oradakı həm qədim, həm də müasir tipli möhtəşəm tikililəri görəndə Stepan Razin, Stepan Şaumyan, Paskeviç və s. kimiləri düşürdü yadıma. Azərbaycanın var-dövlətini aparanlar, yeraltı və yerüstü sərvətlərini xalqın, millətin əlindən alıb, özlərinə, öz gələcəklərinə xoş güzəran yaradan talançılar düşürdü yadıma. Xəyalımdan keçirdi ki, kaş Azərbaycanda da belə müasir binalar tikiləydi, körpülər salınaydı, yollar çəkiləydi. Şükürlər olsun ki, müstəqilliyimizin indiki çağında bütün bunları görə bildik. İndi eşıdəndə, görəndə, şahid olanda ki, Ümummilli Liderin sədaqətli davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizin bərpasının son 13 ilində doğma vətənimizdə əsrlərə bərabər bir irəliləyiş, bir dönüş yaratması sayəsində xarici ölkə nümayəndələri Azərbaycana, Bakıya gəlib onun inkişaf dinamikasına, mövcud infrastrukturunun qədimliyi ilə müasirliyinin vəhdətindən yaranan gözəlliklərinə valeh olurlar, şübhəsiz ki, bütün bunlar hər birimizin qəlbini qürur hissi ilə doldurur. Azərbaycanın dövlət müstəqilliyindən böyük xoşbəxtlik, ondan böyük nemət ola bilməz. Bunu hər kəs bilir və dövlət müstəqilliyimizlə fəxr edir.

Böyük alman şairi, məşhur “Faust” əsərinin müəllifi İohan Folfqanq Höte bədii yaradıcılıqla yanaşı, həm də bir vaxtlar insan kəllələri üzərində anatomik yönümlü elmi-tədqiqat işləri də aparırdı. O, insanda erkən embriogenezdən sonrakı inkişaf mərhələlərində sərbəst şəkildə mövcud olmayan və əng sümüyünün bir hissəsini təşkil edən kəsici sümüyü heyvan kəlləsində görəndə və onu özünəməxsus şəkildə kəşf edəndə heyrətindən vəcdə gəlmiş, bütün dünyaya səslənərək demişdi: “Mən tapmışam! Mən nə qızıl tapmışam, nə də gümüş. Mən kəsici sümüyü tapmışam!” Keçən əsrin 90-cı illərinin əvvəllərində - 1991-ci il oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olunanda Hötenin dünyaya verdiyi mesaj keçdi xəyalımdan. Var gücümlə dünyaya səs salmaq istəyirdim ki, “Mən tapdım! Mən nə ləl tapdım, nə cəvahirat. Mən dövlət müstəqilliyimi tapdım! Bununla özümü dünyanın ən xoşbəxti hesab etdim”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 1990-cı ildə Heydər Əliyev Naxçıvanda artıq əyani olaraq Azərbaycanın müstəqilliyinin bərpasının möhkəm özüllərini qoymuşdu. Onun sayəsində üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalanmışdı və bu respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarılmışdı. Bu, tək Naxçıvanda yox, bütünlüklə Azərbaycanda müstəqilliyin bərpasının təməl daşlarının qoyulması demək idi.

Ötən 25 il ərzində Azərbaycan dünya miqyasında böyük nüfuz qazanıb, hərtərəfli inkişaf perspektivlərini durmadan davam etdirir. Bunu son 25 ildə Azərbaycan Tibb Universitetinin timsalında, onun müstəqillik illərində əldə etdiyi möhtəşəm nailiyyətlərdə də aydın görürük. 1991-ci il oktyabrın 18-i tarixi yaşlı nəslin nümayəndələri kimi, mənim də gözlərim önündədir. O zamanlar vəziyyət çox ağır idi. Bir tərəfdən erməni qəsbkarları, digər tərəfdən xarici qaniçənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpa prosesinə hər vəchlə əngəllər törədir, onu beşikdə ikən boğmağa çalışırdılar. O zamanlar Azərbaycan Tibb Universitetində də xaos yaranmışdı. Tələbələri auditoriyalara yığmaq, tədrisi, elmi işləri, səhiyyə problemlərini öz məcrasına qaytarmaq mümkün olmurdu. Mitinqlərdə iştirak edən müəllimləri izləyir, cəzalandırırdılar. Bu çətinlikləri, müstəqilliyimizin bərpasının tükdən asılı olduğunu, Azərbaycanın parçalanıb yox olacağı təhlükəsini xalqımız görürdü və ona görə də, təkidlə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb və xahiş edirdi. Xoşbəxtlikdən bu, reallaşdı. 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. 1994-cü ilin may ayının 14-də ümummilli lider Heydər Əliyev erməni vandallarının işğalçılıq siyasətini dayandırmaq, ölkə iqtisadiyyatını bərqərar etmək, yeni yaradılan ordumuzun müdafiə və mübarizə qabiliyyətini gücləndirmək üçün cəbhədə atəşkəsə nail oldu. Həmin ilin sentyabr ayının 20-də isə Ulu Öndərin uzaqgörən siyasəti sayəsində “Əsrin müqaviləsi” imzalandı, bununla da indiki inkişaf amplitudasının yüksəlmə tempinin möhkəm bünövrəsi qoyuldu. Ümummilli lider “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir” tezisini verdi. Bu şüar hamının dilinin əzbəri oldu və öz təsdiqini tapdı.

Azərbaycan Tibb Universiteti Ulu Öndərin qayğısı sayəsində tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni layihələr hazırladı və tədricən onları həyata keçirməyə başladı. O vaxtlar biz müstəqilliyin yaratdığı sürətli dəyişiklikləri ölkəmizin inkişafı fonunda Azərbaycan Tibb Universitetində hiss edir, görür, onun iştirakçısı olur, ona şahidlik edirdik. Azərbaycan Tibb Universitetinin o vaxtkı rektoru, hazırda Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun qeyd etdiyi kimi, 1996-cı ildə ATU keçmiş MDB ölkələri arasında birincilər sırasında Londonda çap olunan Dünya Təhsil Birliyinin reyestrinə salındı. O vaxtlar MDB ölkələri ali məktəblərindən buna yalnız Rusiya və Ukraynanın bir neçə ali məktəbi, o cümlədən ölkəmizdən, eləcə də Cənubi Qafqazdan təkcə Azərbaycan Tibb Universiteti layiq görülmüşdü. Bundan sonra ATU-nun beynəlxalq əlaqələri genişlənərək artdı. ATU ardıcıl olaraq Qara dəniz ətrafı ölkələrin Təhsil Birliyinin, Avropa Təhsil Birliyinin, Beynəlxalq Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü statusuna yiyələndi. Ümummilli Liderin həkimlərə, Azərbaycanın səhiyyə işçilərinə, tibb təhsilinin və tibb elminin inkişafına göstərdiyi müstəsna diqqəti danılmaz həqiqətdir. 1995-ci ildə Ulu Öndərin Sərəncamına əsasən, akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyinin böyük təntənə ilə qeyd edilməsi Ümummilli Liderin Mustafa bəyin timsalında ATU-nun tibb alimlərinə, eləcə də digər sahələrin alimlərinə verdiyi dəyərin rəmzi ifadəsinə çevrildi.

Ümummilli lider 1998-2000-ci illərdə 2 dəfə Azərbaycan Tibb Universitetinə gəldi və hər dəfə də proqram xarakterli geniş nitq söylədi. Müstəqil ölkəmizin müstəqil Prezidentinin bu nitqlərinin müddəaları ATU-nun gələcək inkişaf yollarını nəinki müəyyənləşdirdi, həm də bu yolları məşəl kimi işıqlandırdı.

Müstəqilliyimizin ilk illərində yaranmış iqtisadi çətinliklər, sosial qayğılar inkişafı ləngidirdi. Bununla belə, ATU rəhbərliyinin tədris binalarının, maddi-texniki bazaların qıtlığı barədə ölkə başçısına müraciəti dərhal cavablandırıldı. Çətinliklərə baxmayaraq uzun illər inşası dayandırılaraq dondurulmuş 11 mərtəbəli tədris binasının tikintisi Ulu Öndərin diqqət və qayğısı sayəsində bərpa olundu və tez bir zamanda müəllim və tələbələrin öhdəsinə verildi. 1998-ci il sentyabrın 28-də ulu öndər Heydər Əliyevin ATU-ya gələrək 11 mərtəbəli yeni tədris binasının açılışında, 2000-ci ildə isə ATU-nun 70 illik yubileyində və 400 yerlik unikal akt zalının açılışında iştirakı, bütün tibb təhsili işçilərini, səhiyyə işçilərini bu münasibətlə təbrik etməsi universitetimizin əməkdaşları arasında böyük bayram ovqatı yaratdı. 2000-ci ildə Ulu Öndərin yaxından qayğısı sayəsində ATU-nun nəzdində ölkə üçün strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi təşkil edildi, 2001-ci ildə bu ali tibb təhsili ocağının ilk klinikası – Stomatoloji Klinika yaradıldı. Bununla da, ATU-nun öz klinikalarının yaradılmasının bünövrəsi qoyuldu. Beləliklə, ATU rəhbərliyinin uzun illərdən bəri intizarında olduğu və hər elmi şura iclasında müzakirə mövzusuna çevirdiyi arzularından biri ümummilli lider Heydər Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. 2007-2008-ci illərdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ATU-da daha 3 möhtəşəm klinikanın yaradılması haqqında sərəncamlar imzaladı və müstəqil ölkəmizin bu ali tibb təhsili müəssisəsi bir-birinin ardınca özünün onkoloji, tədris terapevtik və tədris cərrahiyyə kimi klinikalarına sahib oldu. 2007-2012-ci illərdə bu binaların həm bünövrələrinin qoyulması, həm də açılışı tədbirlərində Cənubi Qafqazda analoqu olmayan belə klinikaların inşasının təşəbbüskarları, təşkilatçıları və təminatçıları olan Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyeva 3 dəfə Azərbaycan Tibb Universitetində oldular, bu ali tibb təhsili ocağının əməkdaşları və ölkəmizin səhiyyə işçiləri ilə səmimi görüşlər keçirdilər, onlara öz dəyərli tövsiyələrini, lazımi məsləhətlərini verdilər, klinikaların işinə uğurlar arzuladılar. Bütün bunlar müstəqillik illərində dövlətimizin ATU-ya ərməğan etdiyi ən dəyərli töhfələr sırasına düşdü.

Azərbaycanda belə unikal klinikaların yaradılması Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti rəhbərliyinin qarşısında yeni geniş üfüqlər açdı. Bunun sayəsində Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sistemlərinin dünya səhiyyəsinə, tibb elmi və tibb təhsili sistemlərinə daha dərindən inteqrasiya etməsinə, yeni müqavilələr bağlanmasına imkanlar yarandı. Hazırda bu klinikalar ən müasir innovativ texnologiyalarla təmin edilib və xəstələrin müayinə, müalicə və reabilitasiyasının, tibb elminin tərəqqisinin, tibb təhsilinin tədrisinin müasir standartlar səviyyəsində aparılmasına geniş imkanlar yaradan möhtəşəm maddi-texniki bazalara çevriliblər. Bunun nəticəsidir ki, 2011-2012-ci tədris ilində ölkəmizdə Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin birgə səyləri nəticəsində dövlət başçısının Sərəncamı ilə ATU-da diplomdansonrakı təhsilin rezidentura sistemi ilə aparılmasına başlanıldı. 2010-cu ildə Prezidentin Sərəncamına əsasən, Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbir bir növ ölkəmizin bu ali tibb təhsili ocağının müstəqillik illərində gördüyü işlərin hesabatına çevrildi. Prezident İlham Əliyev ATU əməkdaşlarının əməyini yüksək qiymətləndirərək, onların 80 nəfərini təltif etdi.

Hazırda ölkəmizin səhiyyə sistemində, o cümlədən Azərbaycan Tibb Universitetində bu dinamik inkişaf uğurla davam etdirilir. Hər gün səhiyyəmizdə, tibb elmi və tibb təhsili sistemlərində yeniləşmə baş verir. Bu sistemlərin beynəlxalq əlaqələri durmadan genişlənir, səhiyyə naziri Oqtay Şirəliyevin və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin birgə səyləri ilə müstəqil ölkəmizin bu ali tibb təhsili müəssisəsi genişmiqyaslı islahatlar aparır və onu əldə olunan yeni nailiyyətlərlə zənginləşdirir. ATU hazırda dünyanın bir sıra ölkələri ilə tələbə mübadiləsi aparır, dünya şöhrətli alimlərin, Nobel mükafatı laureatlarının ATU-da mühazirə oxumalarını, müəllim və tələbələrlə görüşlərini təmin edir ki, bu da ölkəmizdə tibb təhsili və tibb elminin inkişafına güclü təkan verən amillərdən birinə çevrilir.

Azərbaycan Tibb Universiteti rəhbərliyi tələbələrin, rezidentlərin, bütün gənclərin vətənpərvər ruhda böyümələri üçün əməli tədbirlər görür, qarşıda duran məsələləri uğurla həyata keçirir. Bu il oktyabr ayının 18-də Tibb Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan geniş konfransda açılış nitqi ilə çıxış edən rektor Gəray Gəraybəyli nitqində belə dedi: “Böyük çətinliklə də olsa, xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib. Dünyanı qlobal böhran bürüdüyü bir halda, Azərbaycan hər sahədə stabilliyini qoruyub saxlaya bilib. İstərdim ki, müstəqillik dövründə dünyaya göz açan gənclərimiz, tələbələrimiz bu tariximizi bilsinlər və qazandığımız azadlığa dəyər versinlər”.

Bu il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycan Tibb Universitetində 1243 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Onların 163 nəfəri elmlər doktoru, 127 nəfəri professor, 833 nəfəri elmlər namizədi (fəlsəfə doktoru), 310 nəfəri dosentdir. Professor-müəllim heyətinin 4 nəfəri AMEA-nın həqiqi, 5 nəfəri müxbir üzvü, 2 nəfəri Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü, 4 nəfəri REA-nın akademiki, 5 nəfəri Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür. Əməkdaşlardan 28-i Əməkdar Elm Xadimi, 47-si Əməkdar Həkim, 40-ı isə Əməkdar Müəllim fəxri adlarına layiq görülüb. ATU-da 8 mindən çox tələbə, magistr, rezident, hərbi-tibb feldşeri, hazırlıq qrupu müdavimləri təhsil alır ki, onlardan da 1557-si xarici ölkə vətəndaşıdır.

Müstəqillik illərində Heydər Əliyev ocağının qayğısı sayəsində Azərbaycan Tibb Universitetində əldə olunan bu uğurlu nəticələr bütövlükdə ölkə səhiyyəsində mövcud olan möhtəşəm müvəffəqiyyətlər çələnginin ləçəkləridir. Dövlət müstəqilliyimizin bərpasından keçən 25 il ərzində əldə olunan parlaq nəticələr kompleksi bundan sonra da ölkəmizin səhiyyə sisteminin, tibb elmi və tibb təhsili sistemlərinin yollarına daim nur çiləyəcək.

Mübariz Allahverdiyev

Azərbaycan Tibb Universitetinin insan anatomiyası

kafedrasının professoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb