CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin “Təbib” istirahət mərkəzi təmirdən sonra istifadəyə verilib

Bakı, 12 iyul, AZƏRTAC 

Xaçmaz rayonunun Nabran qəsəbəsində Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən “Təbib” istirahət mərkəzi təmirdən sonra istifadəyə verilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1994-cü ildə universitetin əməkdaşları üçün yaradılan mərkəzdə hazırda 800 nəfər istirahət edə bilər.

Açılış mərasimində ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahətin səmərəli və rahat keçməsini təmin etmək məqsədilə buradakı şəraitin mütəmadi olaraq yaxşılaşdırılacağını bildirib.

Sonra istirahət düşərgəsində keçirilən iclasda rektorun gündəlikdə duran məsələlərlə bağlı məruzəsi və 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında dekanların və tədris şöbəsinin hesabatı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.