ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində Resurs Mərkəzi fəaliyyətə başlayıb

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Resurs Mərkəzi fəaliyyətə başlayıb. Bu yeni mərkəz Avropa Komissiyasının maliyyə və metodoloji dəstəyi ilə “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr- magistr hazırlığı” adlı TEMPUS layihəsi çərçivəsində yaradılıb.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov layihənin icrasının əsas məqsədinin otelçilik menecmenti ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün tədris proqramlarının hazırlanması və təkmilləşdirilməsi olduğunu deyib. O, Resurs Mərkəzində yaradılan şəraitin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri üçün səmərəli olacağına inandığını bildirib.

Açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr-magistr hazırlığı” layihəsinin ölkəmizdəki əlaqələndiriciləri, turizm sənayesinin tanınan nümayəndələri mərkəzin fəaliyyətə başlamasının təqdirəlayiq olduğunu vurğulayıb, qarşıda duran problemlərin həlli yollarından danışıblar.

Qeyd edək ki, layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, məsul əlaqələndirici Fransanın Qrenobl Akademiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.