MƏDƏNİYYƏT
Azərbaycan Turizm və Menecment Universitetində görüş keçirilib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə ATMU arasında mədəni irsin və turizm potensialının inkişafına, təbliğinə və tanıdılmasına xidmət edən tədbirlərin görülməsi sahəsində imzalanmış anlaşma memorandumu ilə bağlı ilk görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə yeni mədəni-turizm xidmətlərinin kəşf edilməsi istiqamətində regionlardakı “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri üçün təlimlərin keçirilməsi barədə müzakirə aparılıb. Bununla bağlı 3-4 mərhələdən ibarət pilot layihənin təqdim edilməsi və növbəti işgüzar görüşdə təsdiq olunması razılaşdırılıb.
Növbəti mərhələlərdə görüşlər, eyni zamanda, turizm sənayesi üzvlərinin iştirakı ilə təşkil olunacaq.