ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetinin 117 tələbəsi istehsalat təcrübəsini xarici ölkələrdə keçir

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı gündən fəaliyyətində təhsil, tədris, təlim və təcrübə modelinə xüsusi önəm verir. Təsadüfi deyil ki, ölkəmizin ali təhsil müəssisələri arasında sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edən ATMU tələbələrin ölkə daxilində və xaricdə 22 həftəlik istehsalat təcrübəsinin təşkilində daha bir ilk addım atıb. Belə ki, 2009-cu ildən 2017-ci ilin aprelinədək 1780 tələbə istehsalat təcrübəsini uğurla başa vurub. Hazırda universitetin 117 tələbəsi Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində, İsrailin “İsrotel” otellər şəbəkəsində fəaliyyət göstərən mehmanxanalarda və Moskvanın nüfuzlu turizm şirkətində istehsalat təcrübələrini davam etdirirlər.

Bu sözləri ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib.

N.Abdullayeva bildirib ki, ölkə daxilində təcrübə keçən tələbələrə praktik peşə vərdişlərinə yiyələnmələri üçün respublikamızda fəaliyyət göstərən bir sıra otellərdə xüsusi qayğı ilə yanaşılır. ATMU-nun cari ildə təcrübə keçən tələbələri arasında gələcək karyerasını turizm şirkətləri ilə bağlamaq istəyənlərə sənayenin nüfuzlu müəssisələri hesab olunan “Pasha Travel” MMC, “Millenium Turizm və Konqres”, “Royal travel and services”, “Qlobus LTD”, “Gerso Travel” MMC və digər qurumlarda peşəkarlıq vərdişləri qazanmaları üçün lazımi imkan yaradılıb.

Ölkəmizdə turizmin prioritet sahə kimi elan olunması sənaye işçi potensialının peşəkar kadrlardan formalaşmasını başlıca vəzifə kimi qarşıya qoyub. Bu baxımdan turizm sənayesi üçün ixtisaslı kadr hazırlığını həyata keçirən ATMU-da yay tanışlıq təcrübəsinin təşkilinə də xüsusi diqqət yetirilir. Hazırda universitetin bir qrup tələbəsi mehmanxanalarda yay tanışlıq təcrübəsinə hazırlıq təlimlərini yekunlaşdırmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.