ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetinin  tələbələri Türkiyədə yay məktəbində olublar

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti tərəfindən təşkil edilən yay məktəbində olublar.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, “Mədəni körpülər” adlı yay məktəbində 25-dən çox ölkə təmsil olunub. Yay məktəbində tələbələr üçün turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar da təşkil edilib.

Qeyd edək ki, son yeddi ildə ATMU-nun 14 tələbəsi “Mədəni körpülər” adlı yay məktəbində iştirak edib. Proqram çərçivəsində bu yay məktəbinin iştirakçıları üçün Türkiyənin müxtəlif şəhərlərinə turlar da təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.