Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir

Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir İstanbul, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin nəticələri ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfirinin nəticələri barədə nə deyə bilərsiniz?

-Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlamamaq mümkün deyil. Səfərin siyasi əhəmiyyəti və ümumi nəticələri təkcə qardaş ölkələrimiz üçün yox, regionda sülh və sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin daha müasir modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək” fikri Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ən əsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan etdilər ki, Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir ayrılığı yoxdur. Bu tarixi fikrin ilkin nəticəsi səfərin ardınca NATO-nun Uelsdə keçirilmiş sammitində özünü göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında Alyansın Azərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün dünyaya nümayiş etdirdi ki, biz sevincimizi və kədərimizi bərabər bölüşən qardaş xalqlar və ölkələrik. Sammitin bəyannaməsinin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin, o cümlədən Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru, Azərbaycan-Türkiyə müttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib. Dövlətimizin başçısının Türkiyə və Azərbaycanda böyük coşqu ilə qarşılanan “Türkiyə yoxdursa, mən burada varam” ifadəsi dünyanın siyasi tarixində özünə əbədi yer tapıb.

-Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət strategiyasının qurulması barədə nə deyə bilərsiniz?

-Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri barədə səslənən fikirlər xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirdi ki, yaxın 5-6 ildə Azərbaycan tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin “Şahdəniz”dəki və TANAP layihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə TANAP-ın təməlinin qoyulması Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Bəyanatlarda səsləndirildiyi kimi, Türkiyədən Avropaya keçəcək bu enerji xətti çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bundan başqa, İzmirdə “Star” neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyə arasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi dəyəri 5 milyard ABŞ dollarından çox olan bu layihə əsasında yaradılan müəssisə Şərqi Avropada ən böyük neft və kimya kompleksi olacaq. “Star” həm yatırılan sərmayənin həcminə, müvəqqəti və daimi iş yerlərinin sayının çoxluğuna, həm də zəruri neft və kimya məhsullarının istehsalına görə nadir müəssisədir. Azərbaycanın təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni mərhələnin başlanğıcı olacaq.

Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə ticarət dövriyyəsi 1,99 milyard ABŞ dolları məbləğində olub. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahib olmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5 faiz payla Türkiyə birinci yerdədir və investisiya məbləği 1,9 milyard dollar civarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5 milyard dollara yaxınlaşıb.

- Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri ərəfəsində ciddi bir informasiya təxribatı ilə üzləşdik. Bu təxribatın haradan qaynaqlandığını müəyyənləşdirə bildinizmi?

- Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr də fəallaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində hər iki ölkənin aidiyyəti üzrə rəsmi şəxsləri bu dezinformasiyanın yaratdığı qeyri-sağlam mənzərəni aradan qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeyd etdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su bulandırmaqla özlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya atılmışdı. Belə təxribatlar yenə də ola bilər. Sirr deyil ki, təcavüzkar Ermənistan, dünya erməniləri və Türkiyəni gözü götürməyən xarici qüvvələr uydurma “erməni soyqırımı”nın yüz illiyi ilə bağlı ciddi təxribatlar hazırlayırlar. Əminəm ki, qardaş Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərlə alacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır