İDMAN


Azərbaycan UEFA-nın reytinq cədvəlində iki pillə irəliləyib

Bakı, 12 iyul, AZƏRTAC

Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasındakı 4 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub. “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubu ilə ilk görüşdəki 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsi ilə nəticələnib. Qələbə sayəsində Azərbaycanın xal hesabı zənginləşib. Əldə olunan 0,250 xal sayəsində mövsümlük qazancımız 1,250-yə çatıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız isə 16,000-a qədər yüksəlib. Bu da iki ölkə - Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan əlavə göstəricilər nəzərə alınıb. Hər iki ölkəni qabaqlayan Azərbaycan 21-ci yerədək irəliləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.