MƏDƏNİYYƏT


“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı “İlin jurnalisti-2016” müsabiqəsinə yekun vurub

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı “İlin jurnalisti-2016” müsabiqəsinə yekun vurub. Münsiflər heyətinin qərarına əsasən, qalib “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli olub.

AZƏRTAC xəbər verir ki, mükafatı qalibə təqdim edən “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, baş redaktor E.Nəsirlinin sayəsində “Azərbaycanım” beynəlxalq jurnalı geniş oxucu kütləsində maraq doğuran nüfuzlu nəşrə çevrilib. “Azərbaycanım”da yalnız xəbərlər dərc edilmir, jurnal həm də Azərbaycan diasporunun fəaliyyətini və nailiyyətlərini işıqlandırır, görkəmli şəxsiyyətlər, Azərbaycanın dünyanın müxtəlif ölkələrində yaşayan dostları barədə yazılar təqdim edir. E.Məmmədov, həmçinin qeyd edib ki, hər il “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrini “İlin jurnalisti” mükafatına layiq görür. Bu gözəl ənənə jurnalistləri MDB ölkələrində baş verən hadisələri obyektiv və dolğun işıqlandırmağa təşviq edir, jurnalistikanın inkişafına və təbliğinə öz töhfəsini verir.

“İlin jurnalisti–2016” açıq yaradıcılıq müsabiqəsi parlaq yaradıcılıq işlərini, KİV redaksiyaları tərəfindən təşkil edilən ictimai aksiyaları və sosial əhəmiyyətli layihələri müəyyən etmək, KİV işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə keçirilir.

Qaliblər barədə qərar ictimai rəy sorğusu və ekspert sorğusunun nəticələri nəzərə alınmaqla müsabiqə komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli qalib elan edildiyi günü həyatının ən əlamətdar günlərindən biri adlandırıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədova minnətdarlığını bildirib. O deyib: “Son illərdə “Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını dəyişib, jurnal nömrələrinin səhifə sayı artıb. Biz gələcəkdə də jurnalın diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığının davam etməsinə səy göstərəcəyik. Yaradıcılıq əsərlərinin məzmunluluğunu, onları təqdimetmə formalarının orijinallığını, obrazlılığı, materialların janr tələblərinə uyğunluğunu təşviq edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.