SİYASƏT


Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Ukraynada səfərdə olan Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Kiyevdə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Parlamentlərarası əməkdaşlıqla bağlı müzakirələrin aparıldığı görüşdə R.Quliyev Azərbaycan-Ukrayna dostluq əlaqələrindən danışaraq qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Görüşdə Milli Məclisin deputatı ukraynalı həmkarlarının diqqətinə çatdırıb ki, son vaxtlar Ukraynanın bəzi vilayət və şəhərlərində azərbaycanlılara qarşı bir sıra xoşagəlməz hallar baş verir. Ukrayna hüquq mühafizə orqanları azərbaycanlılara qarşı bu cür mənfi hallara laqeyd münasibət bəsləməməlidir. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də belə münasibətlərə göz yummamalıdırlar.

Ukraynalı deputatlar qeyd ediblər ki, onlar azərbaycanlılara qarşı bu cür xoşagəlməz hallarla fəal mübarizə aparacaqlar, günahkarların cəzalandırılması və bütün mümkün tədbirlərin görülməsi üçün parlament səviyyəsində əllərindən gələni edəcəklər. Həmçinin onlar növbəti belə bir görüşün Bakıda keçirilməsini istədiklərini bildiriblər.

Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diasporumuzun bir qrup fəal üzvü iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.