CƏMİYYƏT


Azərbaycan Universitetinin magistraturasına qeydiyyat iyulun 11-dək davam edəcək

A+ A

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Universitetinin magistraturasına iyunun 29–dan qeydiyyat başlanıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, qeydiyyat iyulun 11-dək bu ali məktəbin birinci tədris binasında (Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr.-72) aparılacaq. Qeydiyyat üçün diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiqlənmiş surəti, cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış, şəxsiyyət vəsiqəsinin əsli və surəti, sağlamlıq haqqında tibbi arayış, hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iş nömrəsi və şifrəsi, 3X4 ölçüdə dörd ədəd fotoşəkil (son altı ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə), təhsil haqqının ödənildiyinə dair bank qəbzi tələb olunur.

Qeydiyyat həftə içi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək aparılır. Ödənişli əsaslarla təhsil alanlar - hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları olan tələbələr qeyd olunan faktları təsdiqləyən sənədlərin əslini və surətini universitetə təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.