SİYASƏT


Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələri müzakirə olunub

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Milli Məclisim sədri Oqtay Əsədov Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov iki ölkə arasındakı əlaqələrdən söz açıb. O, Uruqvay parlamentinin nümayəndələri ilə keçirilən görüşləri xatırlayıb. Bildirib ki, Azərbaycan Uruqvayla həm dövlətlərarası, həm də parlamentlərarası əlaqələrini genişləndirməkdə maraqlıdır.

Sədr Azərbaycan və Uruqvayın beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini xüsusi vurğulayıb.

Beşinci Bakı Beynəlxalq Humanitar Forumda iştirak etməkdən məmnunluğunu bildirən Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri dəvətə görə Azərbaycan hökumətinə və parlamentinə təşəkkürünü ifadə edib. O, Azərbaycanın beynəlxalq nüfuza malik belə bir tədbiri təşkil etməsini yüksək qiymətləndirib. Xerardo Amarilya səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə çalışdıqlarını söyləyib.

Qonaq, həmçinin Uruqvay parlamentində Azərbaycanla dostluq qrupunun yaradıldığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.