MƏDƏNİYYƏT


“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi oxucuların ixtiyarına verilib

Bakı, 8 fevral, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən azyaşlı və məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi nəşr olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən (laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar) seçilərək tərtib edilib. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb.

Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir günümüzdə az istifadə olunan və ya istifadə olunmayan söz və ifadələrin izahları verilib.

Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi və redaktoru olduğu antologiya “Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap edilib.

“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.