İQTİSADİYYAT
Azərbaycan “Wiki Loves Monuments” fotomüsabiqəsində iştirak edir
Bakı, 3 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
"Vikipediya"da “Wiki Loves Monuments” fotomüsabiqəsi keçirilir. Azərbaycan fotomüsabiqədə iştirak edir. Milli müsabiqə azərbaycandilli "Vikipediya"da “Vikipediya:Viki Abidələri Sevir 2015”səhifəsində təşkil olunub.
AZƏRTAC "Vikipediya"ya istinadən xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, iştirakçı ölkələrdəki tarixi abidə statusuna malik memarlıq abidələrinin fotoşəkilləri sentyabr ayı ərzində "VikiAnbar"a yüklənməlidir.
Müsabiqə "Vikipediya"nı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda memarlıq irsinin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.