ELM VƏ TƏHSİL


Azərbaycan “Wikipedia”da 53-cü pilləyə yüksəlib

Bakı, 25 iyul, AZƏRTAC 

“Wikipedia”nın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından (MEK) AZƏRTAC-a bildiriblər ki, 2017 ci ilin iyulunda Azərbaycan dilində olan “Wikipedia” (Azviki) bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan “Wikipedia”nı keçərək 53-cü pilləyə yüksəlib. Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaqdır.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları “Wikipedia” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərini davam etdirirlər. “Wikipedia” ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.