SİYASƏT


Azərbaycan XİN: Keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir VİDEO

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ haqqında 1 avqust tarixli açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu, bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri” təfəkkürü ilə düşünür”.

Mətbuat katibi qeyd edib: “Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş “Marağa-150” abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə “Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də “tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər”.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir. Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.