Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda xüsusi qonaq qismində iştirak edir VİDEO

Paestum, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da İtaliyanın Paestum şəhərində “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” işə başlayıb. Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, IKKROM, ICOMOS və Dünya Ticarət Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlıq etdiyi yarmarkada bu il Azərbaycan xüsusi qonaq ölkə qismində iştirak edir.

Açılış konfransının moderatoru, yarmarkanın təsisçisi və icraçı direktoru Uqo Pikarellini çıxış edərək bildirib ki, tədbirin məqsədi mədəni irs, inkişaf və inteqrasiya sahələrində əməkdaşlığı təşviq etməkdir. İyirmidən artıq ölkə yarmarka vasitəsilə turizm imkanlarını və adət-ənənələrini təbliğ edir.

Paestumun meri İtalo Voza bildirib ki, tədbir dünyanın müxtəlif şəhərlərinin arxeoloji xüsusiyyətlərini, tarixini və turizm potensialını daha yaxından tanımaq imkanı yaradır. Belə bir tədbirin Poestumda keçirilməsi heç də təsadüfi deyil. Məlum olduğu kimi, bu şəhər qədim tarixi və özünəməxsus arxeoloji özəllikləri ilə məşhurdur.

Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizin yarmarkada xüsusi qonaq qismində iştirak etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, böyük tarixi keçmişə malik Azərbaycan irsin insan həyatında, eləcə də dünyada sülhün inkişafındakı rolunu dərk edir. Azərbaycan memarlıq, arxeoloji, qeyri-maddi irsin qorunması və təşviq edilməsi işlərini təkcə ölkəmizdə deyil, eyni zamanda, dünyanın müxtəlif bölgələrində də həyata keçirməkdə maraqlıdır.

Nazir müavini vurğulayıb ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra zəngin irsini müvəffəqiyyətlə təbliğ etməyə önəm verir. Bu istiqamətdə görülən işlər müsbət nəticələrini verməkdədir. Dünyanın bir çox ölkələrində müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığı ilə irsimizə həsr edilən çoxsaylı tədbirlə keçirilir. Maddi və qeyri-maddi irsimiz UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Azərbaycan öz hüdudlarından kənarda yerləşən əhəmiyyətli irs nümunələrinin bərpasında da fəal iştirak edir. Belə ki, son illərdə ölkəmiz tərəfindən Vatikan katakombalarının və Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nın bərpasına, eyni zamanda, “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına dəstək verilib.

V.Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda arxeoloji tədqiqatların aparıldığı 40-dan artıq ərazidə turizm sahəsinin inkişaf etdirilməsi müəyyən olunmuş prioritetlərdən biri hesab edilir. Ölkəmizdə yaradılan arxeoloji park və qoruqların, mədəni landşaftların sayı ilbəil artır. Qeyd edilən işlərin aparılmasında xarici tədqiqatçılarla əməkdaşlıq edilir və bu cür ekspedisiyaların tərkibində çalışan çoxsaylı italyan arxeoloqları da var. Ümumilikdə gənc arxeoloqlar nəslinin yetişdirilməsində və arxeoloji turizmin təşviq edilməsində italiyalı həmkarlarımız bizə kifayət qədər dəstək verir. Azərbaycanın ötən illərdə olduğu kimi, bu il də “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda iştirakı onun turizm imkanlarının təşviqi və bu sahədə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcək.

Salerno vilayətinin prezidenti Antonio İannone, bu bölgə üzrə ticarət palatasının prezidenti Guido Arzano, UNESCO-nun baş direktorunun xüsusi müşaviri Munir Buşenaki və başqaları yarmarkanın əsas iş prinsipinin mədəniyyətlərarası dialoqun, sosial inteqrasiyanın və iqtisadi inkişafın əsas faktoru kimi mədəni irs məfhumunun vacibliyini ön plana çıxarmaq olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, tədbirdə Azərbaycanın xüsusi qonaq qismində iştirak etməsi bu ölkənin malik olduğu zəngin mədəni irsə, qədim tarixə və dünya mədəniyyətinə verdiyi töhfələrə əsaslanır.

Sonra tədbir iştirakçıları Azərbaycana məxsus stendlə tanış olublar. Ölkəmiz tədbirdə xüsusi qonaq qismində iştirak etdiyi üçün yarmarkanın pavilyonunda qurulan ən böyük stend məhz Azərbaycana məxsus olub. Burada ölkəmizdə aparılan arxeoloji tədqiqatlarla bağlı məlumatlar, o cümlədən “Orta əsr Ağsu şəhəri”, “Orta əsr Şəmkir şəhəri”, “Göytəpə neolit kəndi” və “Qədim Qəbələ” arxeoloji ərazilərinə, eləcə də Qarabağ bölgəsinin arxeoloji irsinə və burada aparılmış tədqiqatlara həsr edilən virtual turların daxil olduğu multimedia məhsulları, “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda ingilis və italyan dillərində kitablar, “Azərbaycan” fotoalbomu və turizm potensialımızın əks edildiyi digər materiallar nümayiş olunub.

Azərbaycan stendini ziyarət edənlər mətbəximizin ləziz şirniyyatlarına qonaq ediliblər. Azərbaycanın milli rəqslərini maraqla izləyən qonaqlar mədəniyyətimizə heyran qaldıqlarını bildiriblər.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Paestum

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans