SİYASƏT


Azərbaycan XV Berlin Təhlükəsizlik Konfransında təmsil olunub

A+ A

Berlin, 30 noyabr, AZƏRTAC

Noyabrın 29-30-da Almaniyanın paytaxtında XV Berlin Təhlükəsizlik Konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasını daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.

Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə də Almaniya, Fransa və Avropanın bir sıra ölkələrinin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavab verilməsinin, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.