İDMAN


Azərbaycan XV Yay Paralimpiya Oyunlarında üçüncü medalını qazanıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

AZƏRTAC xəbər verir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşündə belaruslu Aleksandr Kazlovdan üstün olub. Növbəti görüşündə Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. Argentinalı Xose Effrona qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Conatan Drane ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz Rio Paralimpiadasını üçüncü pillədə başa vurub.

AZƏRTAC-ın arayışı: Rövşən Səfərov 2010-cu il və 2014-cü il dünya çempionatının bürünc mükafatçısı, 2009-cu il Avropa çempionatının qalibi, 2015-ci il qitə birinciliyinin gümüş medalçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.