MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Ailə günü”

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC 

Noyabrın 26-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Ailə günü” tədbirinin keçirilməsində əsas məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbə günü saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.