MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Ailə günü”

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin “Açıq qapı” günü layihəsi çərçivəsində reallaşacaq tədbirin təşkilində məqsəd valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır. Belə ki, tədbirdə iştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərinə qatılmaqla öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayacaqlar.

Tədbirdə hemofiliya və talassemiya xəstələri ödənişsiz iştirak edə bilərlər. Burada uşaqlara boşqab üzərində rəsm çəkmək, dibçək qablarını rəngləmək, qolbaq düzəltmək, “Tilda” kuklasını yaratmaq, çay daşları üzərində rəsm çəkmək, xalça yaratmaq (kompyuter oyunu), mini-ekskursiyalar, nağıl saatı – uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, nağıl qəhrəmanı ilə əylənmək, Azərbaycan cizgi filmləri və digər bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Həmçinin, tədbirdə tanınmış memar Elçin Əliyevlə görüş də nəzərdə tutulub.

Sonra ən yaxşı 5 rəsm əsərinin müəllifi mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.