MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçiriləcək

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 27-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçıriləcək.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul AZƏRTAC-a bildirib ki, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilərlər.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınmışdır. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayacaqlar.

İştirakçıları tədbirdə muzey əməkdaşlarının köməyi ilə kompyuter proqramında virtual xalçanın yaradılması; saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi; dekorativ bəzək əşyaları, qolbaqları, “Tilda” kuklasının hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

Tədbirimizə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Tədbir zamanı muzeyin əməkdaşı Püstə Ağayevanın “Süjetli xalçalar və motivlər” mövzusunda mühazirəsi dinləniləcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş uşaq yazıçısı Gülzar İbrahimova balacalara nağıl oxuyacaq.

Biletləri muzeyin kassasından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.