MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpoziumun simvolu olan xalça xalçaçı-rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunub.

Mərasimdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, muzeyin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin üzvi Haluk İpek, TürkPA-nın baş katibi Jandos Asanov çıxış ediblər.

Qeyd edək ki, “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpozium iyunun 2-3-də Azərbaycan Xalça Muzeyində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.