MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Üzərlik qabı”nın tarixindən danışılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin kolleksiyasında saxlanılan nadir eksponatlardan biri olan “Üzərlik qabı”na həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Üzərlik qabı”nın tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qədim dövrlərdən üzərliklə bağlı inanclar insanların həyatında mühüm yer tutub. Belə nümunələrdən ikisi hazırda Azərbaycan Xalça Muzeyinin kolleksiyasında saxlanılır.

XIX əsrin sonuna aid olan üzərlik qabı bafta, tirmə materiallarından istifadə edilməklə güləbətin və qaragöz texnikası ilə hazırlanıb. Qabın üzərində bərabərtərəfli xaç ornamenti təsvir olunub. Xaç bərəkət və varlıq ideyası ilə bağlı olan qədim ayin nişanıdır. Türklər varlığı və mövcudluq modelini əsasən bərabərtərəfli xaç forması ilə ifadə edirdilər.

Vurğulanıb ki, XX əsrin əvvəlinə aid olan digər üzərlik qabı məxmər, tesma, sərmə, bafta materiallarından istifadə edilməklə qaragöz texnikası ilə sadə formada hazırlanıb. Hər iki nümunə bədii, texniki xüsusiyyətlərinə və tarixi əhəmiyyətinə görə kolleksiyanın nadir nümunələrindən hesab olunur.

Qeyd edək ki, eksponat haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.