MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində növbəti mühazirə dinləniləcək

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Xalça Muzeyində Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirəsi dinləniləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasına, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsinə həsr edilib.

Qeyd edək ki, mühazirə Azərbaycan dilində aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.