Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə işıq salan dəyərli nəşr

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə işıq salan dəyərli nəşr

Milli parlamentimizin tarixi Professor Şirməmməd Hüseynovun tərtib etdiyi “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” kitabında

Bakı, 2 iyul, AZƏRTAC

... Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmir...

... Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmir...

... O ki qaldı bizə - biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq, biz öz işimizdə olmalıyıq, milli parlamanımızı, milli şuramızı açaq, Allahdan mədəd, bizdən hərəkət deyib, kəmali-ciddiyyət ilə işə başlayaq. Artıq-əskik sözlərə qulaq asmayaq.

Bu sətirlər “Azərbaycan” qəzetinin 1918-ci il 5 dekabr tarixli nömrəsində Üzeyir Hacıbəylinin dərc etdirdiyi “Azərbaycan parlamanı” məqaləsindən götürülüb. Dekabrın 7-də isə parlamentin açılışı münasibətilə çoxsaylı təbrik məktublarını dərc edən, qanunverici orqanın fəaliyyətini mütəmadi işıqlandıran bu qəzet illər keçdikdən sonra Cümhuriyyətin fəaliyyət göstərdiyi mürəkkəb ictimai-siyasi mühiti tam mənası ilə anlamaq üçün əvəzedilməz mənbə oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamları ilə Cümhuriyyətin mənbəşünaslığı sahəsində fundamental işlər həyata keçirilib, kitablar nəşr edilib.

Azərbaycan mətbuatının və Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, tarixçi alim, professor Şirməmməd Hüseynovun tərtib etdiyi “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı nəşr milli parlamentimizin tarixinə işıq salan fərqli və qiymətli mənbədir. Tədqiqatçı alim tarixi mənbələri ərəb qrafikasından latın qrafikasına çevirərək, habelə bu gün dilimizdə işlənməyən ərəb-fars sözlərinin lüğətini tərtib edərək müasir oxucunun sənədlərlə tanış olması baxımından böyük iş görüb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” kitabının ilk iki cildi “Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub. Hər iki cildin “Ön söz” müəllifi professor Şirməmməd Hüseynov, transliterasiya redaktorları professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğludur (Mirzəyev).

Tarixdə təkcə gözəçarpan hadisələrin deyil, həm də ilk baxışda diqqəti cəlb etməyən bir sıra məqamların açılmasında mətbuatın mühüm rolunu yaxşı bilən professor Şirməmməd Hüseynov milli parlamentimizin fəaliyyətinin öyrənilməsində mötəbər mənbə kimi “Azərbaycan” qəzetini əsas götürüb. Görkəmli alim Cümhuriyyətin qarşıdan gələn 100 illik yubileyinə həsr olunan nəşrin “Ön söz”ündə yazır: “Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi “Azərbaycan” qəzetidir. Bu möhtəşəm dövrün 443 gününün tarixi zamanın kollektiv yaddaşı olan bu qəzetin 443 nömrəsinin səhifələrində həkk olunmuşdur. Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, M.Ə.Rəsulzadə başda olmaqla onların məslək və əqidə arkadaşlarının mötəbər tribunası olan 1918-ci il sentyabrın 15-dən nəşrə başlayan “Azərbaycan” gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi idi. “Azərbaycan” qəzeti haqqında az yazılmayıb... Lakin görüləsi işlər də çoxdur. Bu xüsusilə Azərbaycan Məclisi-Məbusanı - parlament həyatı ilə əlaqədar hesabatlar və şərhlərə aiddir”.

Köhnə nüsxələrin oxunma çətinliyini, qəzetin kitabxana və arxivlərdə tam külliyyatının olmamasını nəzərə alsaq, professor Şirməmməd Hüseynovun gördüyü işin əhəmiyyətini xüsusi qeyd etmək yerinə düşər.

Kitab Cümhuriyyət parlamentinin çoxşaxəli və gərgin fəaliyyəti, müxtəlif siyasi qüvvələri təmsil edən fraksiyaların marağı, parlament komissiyalarının, deputatların işi, hökumət başçıları və nazirlərlə parlament arasında münasibət barədə dolğun təsəvvür yaradır.

Toplunun I cildində parlamentin 19 iclasının hesabatı, qanunverici orqanın fəaliyyətinə dair şərhlər yer alıb. Bu cild “Azərbaycan” qəzetinin parlament açılmazdan əvvəl dövrün ictimai-siyasi mühitini xarakterizə edən yazıları ilə başlayır. Beləliklə, oxucuda Azərbaycan Milli Şurasının tarixi, parlamentə üzvlərin seçilməsi ilə bağlı çətinliklər barədə ümumi fikir yaranır. Məsələn, “Azərbaycan Parlamanı ətrafında” sərlövhəli məqaləni (“Azərbaycan” qəzeti, 5 dekabr 1918-ci il) oxuyanda aydın olur ki, parlamentə azərbaycanlılarla yanaşı, polyak S.A.Sansoviç, gürcü Q.İ.Tsıxanqaya, yəhudi M.A.Quxman və başqa millətlərin nümayəndələri də seçilib. Nəşrdə fraksiyaların məktubları, Qarabağ məsələsinə dair materiallar, eləcə də Üzeyir Hacıbəylinin “Təəssürat” adlı silsilə məqalələri, “İstiqlal və istiqbal ümidi”, “Cəmaət köməkliyi”, “Yeni böhran”, “Düz yol”, “Siyasi imtahan”, Fərhad Ağazadənin “Hökumətdən sonra parlaman əngəlləri” və digər yazılar dərc edilib. Bu yazıların hər biri dövrün ictimai-siyasi mühitini əks etdirmək baxımından səciyyəvidir. Habelə parlamentin məxaric smetası, yerlərdə məmurların məvacibi və digər maliyyə məsələləri, kütləvi amnistiya layihəsi, bir sıra mallara tətbiq edilən vergi barədə qanun layihələrinin müzakirəsinə dair materiallar parlamentin son dərəcə mürəkkəb dövrdə çoxşaxəli fəaliyyətindən xəbər verir.

Kitabda istər müəllif məqalələrinin, istərsə də parlamentdə söylənilən nitqlərin dil və üslub xüsusiyyətləri olduğu kimi saxlanılıb, hər yazının sonunda isə mətndəki ərəb-fars mənşəli sözlərin lüğəti verilib.

Nəşrin II cildinə qəzetin 1919-cu il aprelin 18-dən oktyabrın 30-dək buraxılan nömrələrində (160-309) parlamentin hesabatları və vacib şərhlər daxil edilib. Onların sırasında Ü.Hacıbəyli “Dördgöz olmalıyıq”, “Dağıstana imdad”, “Zaqafqaziya konfransına dair”, Ömər Faiq Nemanzadənin “Böhtanlarla böyük işlər görülür”, Xəlil İbrahimin “Yetər artıq”, Əbdülrəhim Ağakişizadənin “Vətən gənclərinə bir kaç söz” və digər məqalələr yer alıb.

Bu cilddə, həmçinin tarix elmləri doktoru, professor Solmaz Rüstəmovanın kitabla bağlı fikirləri verilib.

Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının gördüyü misilsiz işləri yada salaraq yazır: “Bizim borcumuz onları şükranla anlamaq, bu müqəddəs əmanəti dövrün və zamanın tələbləri səviyyəsinə yüksəldərək sonrakı nəsillərə sağ və salamat verməkdən ibarətdir. Tarixin tələb etdiyi bu məsuliyyət hissi bizim nəslə də aiddir”.

Fikrimizcə, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)” toplusu həm geniş oxucu kütləsinin, həm də tədqiqatçıların tariximizin mühüm dövrünü öyrənməsi üçün faydalı mənbədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib