SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə Vyanada rəsmi qəbul təşkil olunub VİDEO
Vyana, 29 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycanın Vyanadakı səfirliyində rəsmi qəbul təşkil olunub.
Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 28 May – Respublika Günü barədə qonaqlara məlumat verib. O, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, ömrü qısa olmuş cümhuriyyətin bir çox uğurlara imza atdığını qeyd edib. Diplomat müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin müasir inkişaf yoluna qədəm qoyduğunu, bu gün isə həmin inkişaf yolunun uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyası və Budapeşt Ferens List Akademiyasının məzunu Jalə Rəsulova fortepianoda konsert proqramı ilə çıxış edib.
Sonra qonaqlar üçün ziyafət təşkil olunub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana