Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır

Bakı, 4 may, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yaxın zamanlarda 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri yanında Məsləhət Şurasının iclasında səsləndirilib.

2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Gəmiçiliyin sədri Rauf Vəliyev hesabat məruzəsi ilə çıxış edərək, ilk növbədə dəniz nəqliyyatına dövlətin dəstəyindən, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətindən ətraflı söhbət açıb, son dövrdə imzalanan Fərman və Sərəncamların əhəmiyyətini vurğulayıb.

Bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi, 2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması ölkə rəhbərliyinin diqqət mərkəzində olmaqla yanaşı, qarşımızda əhəmiyyətli vəzifələr qoyur, prioritet hədəfləri müəyyənləşdirir.

Dövlət başçısının bütövlükdə nəqliyyat sahəsi qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi, tranzit yükdaşımalarda əlverişli şəraitin yaradılması ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi və regionda böyük nəqliyyat qovşağına çevrilməsidir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev bu istiqamətdə atılan addımlardan, o cümlədən dəmir yolu və liman qurumları ilə əməkdaşlıqdan, tarif endirimlərindən, ehtiyac yarandığı halda, istismar ehtiyatında olan gəmilərin qısa müddətdə təmir edilərək Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı bərə xətlərinə qaytarılmasından ətraflı danışıb.

Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yaradıldıqdan sonrakı 5 il üçün nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi, o cümlədən beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi və sair istiqamətlərdə görülən işlərdən danışaraq, bu vəzifələrin əhəmiyyətli hissəsinin əsasən yerinə yetirildiyini qeyd edib.

Belə ki, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin maliyyə, insan resurslarının idarə olunması, material qiymətlilərinin idarə olunması, xidmətlərin alışı və satışı, maya dəyərinin formalaşması, xəzinədarlıq və büdcə nəzarəti modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ şəbəkə yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədilə gəmilər elektron xəritələrlə təchiz olunub.

Gəmiçiliyin sədri beynəlxalq miqyasda tanınmış şirkətlərlə əməkdaşlığa da toxunub. Bildirib ki, “American Appraisal” şirkəti AXDG-nin əsas vəsaitlərinin qiymətləndirilməsini aparıb, KSƏTƏMM (Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) idarəetmə sistemi Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən audit olunub, nəticədə Gəmiçiliyə İSO-9001, İSO-14001, OHSAS-18001 və İSO-50001 üzrə 5 illik sertifikatlar, Azərbaycan Dövlət Dəniz Akademiyasına isə Keyfiyyətin idarə edilməsi sistemi (İSO 9001:2008) üzrə 3 illik sertifikat təqdim olunub.

“Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirib, “Fitch Rating” şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınması üçün müqavilə bağlanıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti son bir ildə xeyli genişlənib, avqust-sentyabr aylarında 3 quru yük gəmisi Qara dəniz - Aralıq dənizi hövzəsində istismara cəlb edilib. Yaxın zamanlarda isə AXDG tərəfindən alınmış daha 6 gəminin Xəzərdən kənarda istismara verilməsi planlaşdırılır. Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatacaq.

Donanmanın yeniləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin inşası tamamlanaraq, 2016-cı ilin aprelində dövlət başçısının iştirakı ilə istismara verilib.

2015-ci ildə Rusiyanın Həştərxan şəhərində AXDG-nin nümayəndəliyi açılıb. Bu nümayəndəlik gəmilərimizin Volqa-Don kanalından keçməsi və daşımalarla bağlı digər məsələlərin həllində mühüm rol oynayır.

Gəmilərin təmiri, bu sahədə infrastrukturun genişləndirilməsi sahəsində xeyli iş görülüb. 2015-ci ildə əsaslı təmir olunan gəmilərin sayı əvvəlki illə müqayisədə 122 faiz artıb, “Zığ” gəmi təmiri zavodunda 130 metrlik yanalma körpüsünün inşaat işləri sona çatdırılıb, sahəsi 580 kvadratmetr olan yeni yeməkxana və işçilər üçün 200 nəfərlik yüngül konstruksiyalı xidməti bina tikilib istifadəyə verilib.

Gəmiçilik işçilərinin rifahı və sosial problemləri daim diqqət mərkəzində saxlanılır. 2015-ci ildə AXDG üzrə orta aylıq əmək haqqı 2014-cü ilə nisbətən 15 faiz artaraq 749 manat, üzücü heyət üzrə isə 835 manat təşkil edib. Ərzaq təchizatı sistemi yenidən qurulub, tədarük olunan malların çeşidləri 5 dəfə artıb, üzücü heyət üzrə gündəlik ərzaq norması 1 nəfər üçün 5 manatdan 7 manata qaldırılıb, xidmətin və ərzaqların keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də hər hansı şikayətin vaxtında araşdırılması məqsədilə qaynar xətt yaradılıb. Ötən il mayın 1-dən bütün işçilərə Mərkəzi Dənizçilər Xəstəxanasında pulsuz tibbi xidmət göstərilməsi təmin edilib.

2015-ci ildə personalın fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “İlin ən yaxşı gəmisi”, “İlin ən yaxşı kapitanı”, “İlin ən yaxşı mexaniki”, “İlin ən yaxşı elektrik mexaniki”, “İlin ən yaxşı matrosu”, “İlin ən yaxşı motorçusu”, “İlin ən yaxşı bosmanı” və “İlin ən yaxşı aşpazı” müsabiqələri keçirilib, qaliblər müvafiq qaydada mükafatlandırılıb.

Rauf Vəliyev Gəmiçilikdə gənclər siyasətinə xüsusi həssaslıqla yanaşıldığını, 2015-ci ildə Gənclər Mərkəzinin yaradıldığını, Dəniz Akademiyasında tədris prosesində kəmiyyətə deyil, keyfiyyətə üstünlük verildiyini vurğulayıb, peşəkar dənizçi kadrlar hazırlayan bu ali təhsil müəssisəsinin elmi potensialının və maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirləri qeyd edib.

Çıxışının sonunda Gəmiçiliyin sədri cari ildə qarşıda duran vəzifələrə toxunaraq, dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflərə çatmaq üçün 9 minlik dənizçi kollektivinin əlindən gələni əsirgəməyəcəyinə əminliyini bildirib.

Sonra "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Məsləhət Şurası üzvlərinin suallarını cavablandırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır