CƏMİYYƏT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də qanvermə aksiyası təşkil edilib
Bakı, 26 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də qanvermə aksiyası keçirilib.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 26-da Xəzər Dəniz Neft Donanmasının və İstehsalat Xidmətləri İdarəsinin akt zallarında baş tutan tədbirdə Gəmiçiliyin əməkdaşları iştirak ediblər. Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.
Xatırladaq ki, sözügedən sosial təşəbbüs Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.
Əsas məqsəd korporativ donorluq ideyalarını geniş təbliğ etmək, təmənnasız qanvermə aksiyalarına marağı artırmaq və bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmini istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərməkdən ibarətdir.