İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yedək əməliyyatı həyata keçirib
Bakı, 18 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti növbəti uğurlu yedək əməliyyatı həyata keçirib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, Sinqapurun “Ezion Exerter Limited” şirkətinə məxsus, çəkisi 12 min ton, hündürlüyü isə 130 metr olan yarım dalma qurğusu cəmiyyətin 5 gəmisi vasitəsi ilə yedək edilib. Texniki baxımdan mürəkkəb olsa da buruq Bakı buxtasından çıxarılaraq əsas yedək gəmilər olan – “Andoga” və “Om” vasitəsi ilə peşəkarlıqla təyin olunan koordinatlara çatdırılıb. Əməliyyat zamanı daha 3 liman yedək gəmisinin köməyindən istifadə edilib. Hazırda isə yarım dalma qurğusunun tənzimlənməsi işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]