İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin İctimai Məsləhətləşmələr Şurası fəaliyyətini genişləndirir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) İctimai Məsləhətləşmələr Şurası fəaliyyətini genişləndirir.

Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən şuranın funksiyası genişləndirilir, tərkibinə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil edilir.

Əsas məqsəd “AXDG” QSC-nin ölkə iqtisadiyyatına və ictimai həyatına təsirini, gəmiçiliyin davamlı inkişafına yönəlmiş layihələr, tədbirlər, əldə olunmuş iqtisadi və əməliyyat nəticələrini, yeni təşəbbüsləri müzakirə etmək, inkişaf üçün məsləhət və təkliflər vermək, gəmiçilikdə çalışanların, xüsusilə dənizçilərin üzləşdiyi çətinliklərin optimal həlli yollarını araşdırmaq, habelə “AXDG” QSC-nin qəbul etdiyi qərarlarda ictimaiyyətin və gəmiçiliyin işçilərinin, o cümlədən dənizçilərin iştirakını təmin etməkdən ibarətdir.

Şurada gəmiçilikdə çalışan işçilərin maddi-sosial vəziyyəti və iş şəraiti, gəmiçiliyin fəaliyyəti üçün vacib digər məsələlər də müzakirə olunacaq.

İctimai Məsləhətləşmələr Şurası səlahiyyətləri çərçivəsində gəmiçiliyin İdarə Heyətinə tövsiyələr verəcək.

Əsasnaməyə görə İctimai Məsləhətləşmələr Şurasının tərkibi ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları nümayəndələrindən, beynəlxalq ekspertlər və məsləhətçilər, eləcə də xüsusi bacarıq və təcrübələri ilə fərqlənən, nümunəvi davranışı ilə seçilən gəmiçilikdə çalışmış və ya çalışan dənizçilərdən formalaşır.

İctimai Məsləhətləşmələr Şurasının Əsasnaməsində iclaslarda iştirak edəcək şəxslərin hüquq və vəzifələri də yer alıb.

Qeyd edək ki, sədrin yanında İctimai Məsləhətləşmələr Şurası dənizçilərin cəmiyyətin həyata keçirdiyi layihələrdə və verdiyi qərarlarda iştiraklarının təmini məqsədilə 27 iyul 2015-ci il tarixli əmr ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.