İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb

Bakı, 6 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır.

Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək.

Həmçinin “PSK48”-in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub.

İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.

60 sərnişin tutumuna malik gəminin maksimal sürəti 10 uzeldir. Uzunluğu 28,82 metr, eni 6,5 metr olan “PSK 48” təmirdən sonra da yenidən neftçilərin Neft Daşları və platformalara daşınması üçün istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.