İDMAN


Azərbaycan Xüsusi Olimpiya Komitəsinin futbolçuları Belarusda bürünc medal qazanıblar

Bakı, 3 iyun, AZƏRTAC

Belarusun Qrodno şəhərində “BELA CUP” adlı beynəlxalq futbol turniri başa çatıb. Turnirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan və qızlardan ibarət ikinci yığma komandaları da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, oğlanlardan ibarət yığma komandamız turnirin I güclü divizionunun yarımfinal və final mərhələlərində Rusiyanın birinci yığma komandasına 0:5, ikinci yığmasına isə 0:3 hesabı ilə məğlub olub. Belarusa 2:0 və Estoniyaya 2:1 hesabı ilə qalib gələn millimiz turnirin bürünc medalına sahib olub.

Qızlardan ibarət millimiz birinci güclü divizionun yarımfinal və final mərhələsində Rusiyaya 0:8, Danimarkaya 1:5 hesabı ilə uduzub. Qızlarımız Litva yığma komandasına 3:1, Belarus kollektivinə isə 2:1 hesabı ilə qalib gələrək oğlanlardan ibarət millimizin nəticəsini təkrarlayaraq bürünc medal qazanıblar.

Oğlanlardan ibarət birinci yığma komandamız hazırda hazırlıq mərhələsi keçir və cari il iyulun 15-20-də İsveçdə keçiriləcək “Cothia Cup” beynəlxalq futbol turnirində iştirak edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.