SİYASƏT


Azərbaycan-Yaponiya əlaqələri daha da inkişaf edir VİDEO

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Yaponiyanın Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Dostluq qrupunun rəhbəri Muxtar Babayev qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib. O qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edib. Yaponiya texnologiyalarının Azərbaycanda tətbiqi geniş vüsət alıb. Ölkəmizdə energetika sahəsində yapon texnologiyalarının tətbiqi 60 faiz təşkil edir.

Azərbaycanın hazırda regionun ən inkişaf etmiş ölkəsi olduğunu deyən M.Babayev qeyd edib ki, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, yeni istehsalat sahələri də yaradılır. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm tədbirlər görülür. Bu tədbirlər həm dövlət, həm də özəl biznes tərəfindən həyata keçirilir.

Motome Takisava ölkələrimiz arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb. O, qarşılıqlı hörmətə, etibara əsaslanan Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Vitse-nazir qeyd edib ki, Azərbaycan çox zəngin təbii ehtiyatlara malik olan ölkədir.

Görüşdə çıxış edən Milli Məclisin digər deputatları Yaponiya-Azərbaycan dostluğunun önəmindən danışıblar. Onlar bu görüşün Azərbaycan-Yaponiya münasibətlərinin daha da inkişafına töhfə verəcəyini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.