İQTİSADİYYAT


Azərbaycan Yay Olimpiya Oyunlarına həsr olunan poçt markaları dövriyyəyə buraxıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr olunan poçt markaları nəşr edib. Olimpiya Oyunları münasibətilə 4 marka hazırlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, poçt markalarının üzərində ayrı-ayrılıqda boks, ağır atletika, yunan-Roma güləşi və sərbəst güləş idman növləri üzrə təsvirlər əks olunub. Markaların hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.