SİYASƏT


Azərbaycan- Avstraliya əlaqələrinin genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonun ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.