CƏMİYYƏT


“Azərbaycan – dini dözümlülük üçün nümunə” layihəsi başa çatıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan – dini dözümlülük üçün nümunə” adlı layihənin icrasına yekun vurub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd İslam dininin gənclər arasında düzgün təbliği, gənclərlə dini düşmənçilik, dini radikalizm və ya dini fanatizmə qarşı mübarizə üsulları haqqında maarifləndirmə işinin aparılmasıdır.

Layihə çərçivəsində gənclərə mövzu ilə bağlı bukletlər paylanılıb. Ümumilikdə 360 gənc birbaşa iştirakçı olaraq təlim və seminar formasında keçirilən layihədən bəhrələnib.

Təlimlərdə Hacıqabul rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yaşayan gənclər də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.