CƏMİYYƏT


“Azərbaycan - dini dözümlülük üçün nümunə” layihəsinin icrasına yekun vurulub

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan - dini dözümlülük üçün nümunə” layihəsinin icrasına yekun vurub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında radikal dini cərəyanlarla bağlı geniş maarifləndirmə işinin aparılmasıdır.

Təxminən 400-dək gəncin birbaşa iştirak etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Təlim-seminar formatında icra olunan layihə çərçivəsində gənclərə mövzu ilə bağlı bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.