CƏMİYYƏT
“Azərbaycan – doğma vətənim, odlar yurdum mənim” adlı videoçarx hazırlanıb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu (AZGF) gənclər arasında milli mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun artırılması məqsədilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda ötən əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmizin qısa müddətdə keçdiyi şərəfli yol, qazandığı uğurlar və ən əsası bütün çətinliklərə rəğmən milli dəyərlərin qorunması xüsusi yer tutub.
“Azərbaycan – doğma vətənim, odlar yurdum mənim” adlanan videoçarxda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, Qarabağ həqiqətləri, ulu öndər Heydər Əliyevin Azərbaycana dair səsləndirdiyi şeir yer alıb.
Həmçinin videoçarxda respublikamızın beynəlxalq miqyasda əldə etdiyi uğurlara diqqət çəkilir, Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəyliyə dəvət olunur.