İDMAN


Azərbaycan ağır atleti İordaniyada təşkil olunan beynəlxalq turnirin sonuncu günündə gümüş medal qazanıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

İordaniyanın paytaxtı Əmmanda İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan ağır atletika yığmasının üzvü Azər Məmmədli körpücük üzərinə çıxıb. “Lənkəran-Zirvə” klubunun atleti 105 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 148, təkanla qaldırma hərəkətində isə 185 kiloqramı ram edib.

2012-ci il yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuş A.Məmmədli toplam 333 kiloqram (148+185) nəticə ilə İordaniyada gümüş medala sahib çıxıb.

Azərbaycan millisi yarışı 2 qızıl və 5 gümüş medalla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.